Rusiyanın Qara dəniz Donanmasının qərargahı vuruldu
Rusiya Qara dəniz Donanması Sevastopolda qərargah ərazisinə zərbə endirildiyini təsdiqləyib.
Demedia.az-ın xəbərinə görə, Donanmanın mətbuat xidməti kiçik pilotsuz uçuş aparatına quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində binalardan birində şüşələrin sındığını və 5 nəfərin yaralandığını açıqlayıb.
Qeyd edilib ki, yaralılara zəruri tibbi yardım göstərilib.