Avropanın mərkəzində yeni müharibə: Sərhəddə silah səsləri eşidildi - Türkiyənin müdaxiləsi...



 11:41 01.08.2022     921

Kosova hökuməti Serbiya ilə gərginliyə səbəb olan milli avtomobil nömrəsi və pasport tətbiqi ilə bağlı qərarını 1 ay təxirə salıb.

Demedia.az xəbər verir ki, bu barədə Kosova hökumətindən açıqlama verilib.

Qeyd edək ki, Kosova hökumətinin Kosovada yaşayan serblər də daxil olmaqla bütün vətəndaşlar üçün milli avtomobil nömrəsindən və pasportdan istifadəni tətbiq etmək istəməsi gərginlik yol açıb. Buna etiraz olaraq, Kosovadakı serblər Serbiya ilə sərhədi bağlayıb. Ərazidə silah səsləri eşidilsə də, fəsadlar olmayıb. Kosova hökuməti serblərin davranışlarını pisləyib.

Serbiya, 2008-ci ildə təktərəfli müstəqilliyini elan edən Kosovanı hələ də öz ərazisi hesab edir. Türkiyənin hər iki ölkə üzərində böyük nüfuzu var. Serbiya Rusiya ilə də yaxın ölkədir. Bəzi dairələr iddia edir ki, Rusiya regionda gərginliyi artırmaqla Qərbə mesaj verir.