İranın vitse-prezidenti: "Atom bombası əldə etmək üçün hər cür imkanımız var"



 13:25 01.08.2022     1066

“Atom bombası əldə etmək üçün İranın bütün imkanları var, ancaq bu proqram gündəlikdə deyil”.

Demedia.az “Fars”a istinadən xəbər verir ki, bunu ölkənin vitse-prezidenti və Atom Enerjisi üzrə Təşkilatın sədri Məhəmməd İslami avqustun 1-də jurnalistlərə açıqlamasında bildirib.

O, İranın nüvə silahı yaratmağa cəhd göstərməsi ilə bağlı fikirləri “yalan” adlandırıb.

M.İslami Atom Enrejisi üzrə Beynəlxalq Agentliklə İran arasında konstruktiv əməkdaşlığın mövcud olduğunu, bu istiqamətdə fasiləsiz fəaliyyət göstərdiklərini vurğulayıb.