Çavuşoğlu: “Ümid edirik ki, taxıl tədarükü ilə bağlı razılaşma atəşkəslə nəticələnəcək”



 12:49 01.08.2022     350

“Türkiyə ümid edir ki, Qara dəniz vasitəsilə taxıl tədarükünə dair Ukrayna və Rusiya ilə razılaşma bu ölkələr arasında atəşkəsə gətirib çıxaracaq”.

Demedia.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tvitterdə yazıb.

“Ukrayna taxılının Qara dəniz vasitəsilə təhlükəsiz daşınması çərçivəsində ilk gəmi Ukraynanı tərk edib. Ümid edirik ki, bu proses fasiləsiz və problemsiz davam edəcək. Bu məqsədə çatmaq üçün lazım olan hər şeyi edəcəyik. Ümid edirik ki, razılaşma atəşkəsə və davamlı sülhə gətirib çıxaracaq”, - o vurğulayıb.