Türkiyəyə getməyə hazırlaşan tanınmış iş adamı öldürüldü - İNANILMAZ TƏXRİBAT



 15:24 01.08.2022     347

Ukraynanın ən böyük taxıl ixrac edən şirkəti “Nibulon Grup”un rəhbəri Aleksiy Vadaturskiy bilərəkdən öldürülüb.

Demedia.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bildirilir ki, iş adamı Türkiyəyə getməyə hazırlaşarkən öldürülüb. Məlumata görə, Rusiya ordusu Nikolayevdə onun yaşadığı evi bombalayıb. İddialara görə, iş adamı İstanbulda imzalanmış taxıl sazişindən irəli gələn məsələlərə görə İstanbula getməli imiş. Nikolayev şəhərinin nümayəndəsi Anna Zamazeva iddia edib ki, Rusiya tərəfi Ukraynanı taxıl məsələsində təxribata çəkmək üçün belə həmlə edib.