Çin qırıcıları Tayvana girdi: Pelosinin təyyarəsi adaya uçur - İki nəhəng güc müharibəyə doğru
ABŞ-ın Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosi Tayvana səfər edəcək.
Demedia.az xəbər verir ki, bu barədə CNN televiziyası məlumat yayıb. CNN televiziyasının Taybeydəki müxbirinin sözlərinə görə, yerli hökumət Nensi Pelosinin Tayvana səfər edəcəyini təsdiq edib. Amerikalı yüksək nüməyəndələrin səfəri ilə bağlı Tayvan hökuməti hazırlıq həyata keçirib.
İddialara görə, onun Tayvan rəhbəri Tsai İng-venlə görüşü nəzərdə tutulub. Pelosinin bir gün Tayvanda qalmaq istədiyi irəli sürülür. Pelosinin Malaziyadan Tayvana keçəcəyi bildirilir. Amerikalı nümayəndənin Tayvana səfər edəcəyi barədə xəbərlərin yayılmasından sonra Çinə məxsus 4 J-16 qırıcısı Tayvana məxsus əraziyə girib.
Qeyd edək ki, Pelosi Sinqapurda səfərdədir. Asiya turu çərçivəsində onun Cənubi Koreya və Yaponiyaya da səfər edəcəyi bildirilib. Bildirilir ki, səfər zamanı Pelosini 5 yüksək rütbəli nümayəndə də müşayət edir. Çin Pelosinin Tayvana səfər edəcəyi təqdirdə hərbi müdaxilə də daxil olmaqla cavab verəcəklərini açıqlayıb.
Çin Tayvanla sərhədə yaxın ərazilərə hava hücumundan müdafiə sistemləri yerləşdirib. ABŞ isə təyyarədaşıyan gəmini Cənubi Çin dənizinə göndərib.