Ukrayna taxılını daşıyan ilk gəminin İstanbula gəlişi yubanır
Avqustun 1-i səhər saatlarında Odessa limanından çıxan və bu gün saat 15:00-da “taxıl dəhlizi”ndən keçərək İstanbula çatmalı olan “Razoni” gəmisi yubanır.
Demedia.az "Haber Türk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Hərbi Dəniz Qüvvələrinin Birgə Koordinasiya Mərkəzinin koordinatoru, kontr-admiral Özcan Altunbulak məlumat verib.
"Taxıl ixracı müqaviləsi çərçivəsində dünən Odessa limanından çıxan qarğıdalı ilə gəminin bu gecə İstanbulda olması gözlənilir", - Altunbulak bildirib.