Çinin hərbi təyyarələri Tayvan üzərindən uçdu



 23:26 02.08.2022     1135

Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Tayvan boğazını ayıran xəttin üzərindən uçub. 

Demedia.az "Reuters"ə istinadən xəbər verir ki, buna səbəb ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya mümkün səfəri olub. 

Bildirilib ki, Çin təyyarələri dəfələrlə taktiki manevrlər edib, qısa müddət ərzində bölücü xəttə "toxunaraq" qarşı tərəfə qayıdıblar. Onun sözlərinə görə, təyyarələrdən əlavə bir neçə Çin döyüş gəmisi də qeyri-rəsmi bölücü xəttin yaxınlığında üzüb.

Daha əvvəl məlum olub ki, göyərtəsində, ehtimal ki, Pelosinin olduğu təyyarə havada dönüb və Tayvana doğru hərəkət edir. Bunu uçuş izləmə portalı "Flightradar"ın məlumatları sübuta yetirib. Bundan əvvəl siyasətçinin adaya səyahət etmək üçün başqa təyyarədən istifadə edə biləcəyi barədə məlumatlar var idi.