Avstraliyada son 10 ildə ilk dəfə qoşunların döyüş qabiliyyəti yoxlanılacaq
Avstraliyanın Baş naziri Entoni Albaneze ölkənin Silahlı Qüvvələrinin hərbi hazırlığının yoxlanmasının başlandığını elan edib.
Demedia.az xarici mətbuata istinadən xəbər verir ki, sonuncu dəfə belə bir yoxlama 2012-ci ildə keçirilmişdi.
E.Albaneze bildirib ki, qoşunların döyük qabiliyyətinin yoxlanması təhlükəsizlik planında pisləşən vəziyyət fonunda həyata keçiriləcək: "Bu, Avstraliyaya dəyişən regional və qlobal strateji vəziyyətə uyğunlaşmaq imkanı verəcək, Silahlı Qüvvələrin müdafiə qabiliyyətinin və strukturunun qarşıya qoyulmuş məqsədlərə uyğunluğunu, əlçatanlığını və investisiyalardan maksimum gəlir əldə etmək imkanını təmin edəcək".