Çinin hədələri havada qaldı, Pelosinin təyyarəsi Tayvanı tərk edib
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin təyyarəsi Tayvanın hava məkanını tərk edib.
Demedia.az xəbər verir ki, bu barədə məlumat “Flightradar24” resursunda öz əksini tapıb.
Qeyd edək ki, Nensi Pelosinin adaya səfərindən öncə Çin ziyarətin baş tutacağı təqdirdə “effektiv güc tədbiri” görəcəyini bildirmişdi. Amerikalı siyasətçinin təyyarəsi paytaxt Taybeyə enəndən sonra isə Çin Xalq Azadlıq Ordusu ada ətrafında hərbi təlimlərə başladığını, təlimlərdə nüvə başlığı olmayan raketləri sınaqdan keçirəcəyini elan edib. Bununla belə, Nensi Pelosi saat 14:00-da heç bir əngəl olmadan adanı tərk edib.