"Nənəni HHM ilə qorxutmaq nəyə lazım idi?" - Kadırov Tayvandakı vəziyyətə görə Çini ƏLƏ SALDI



 19:04 03.08.2022     520

“Yazıq qadını Tayvana buraxacaqdınızsa, bu hay-küy nəyə lazım idi?”.

Demedia.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov öz teleqram kanalında yazıb. O, Çinin Pelosinin Tayvana səfəri ilə bağlı reaksiyasına münasibət bildirib.

“Yaxşı, belə sakit şəkildə yazıq yaşlı qadının Tayvana uçmasına icazə verəcəkdinizsə, bu qədər dəhşət, insanları qorxutmaq, təlaş yaratmaq nəyə lazım idi? Hər şeyi sakit və səssizcə bitirmək mümkün idi. Yazıq nənəni bir neçə saat qırıcılar, hava hücumundan müdafiə vasitələri, esmineslər və kəskin bəyanatlarla qorxutdunuz”, – deyə Kadırov yazıb.

Xatırladaq ki, Çin Pelosini Tayvana səfərinə görə sərt cavab verməklə hədələmişdi. Lakin dünən axşam saatlarında ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin təyyarəsi Tayvanda eniş edib.