Ukrayna ordusundan ŞOK ƏMƏLİYYAT: Rusiyanın pasport payladığı ərazilər işğaldan azad edildi
Ukrayna ordusu Xersonda daha 7 məntəqəni Rusiya ordusunun işğalından azad edib.
Demedia.az xəbər verir ki, bu barədə Ukrayna ordusu məlumat yayıb. Bildirilir ki, bununla da Xersonda işğaldan azad edilən məntəqələrin sayı 53-ə çatıb. Məlumata görə, hazırda ukraynalı hərbçilər əraziləri minadan təmizləyir.
Qeyd edək ki, Rusiya ordusu Xersonu işğal edəndən sonra yerli sakinlərə Rusiya pasportları paylayıb. Sakinlər müraciət edərək, pasport əldə edirdi. Ruslar işğal etdikləri ərazidə milli pul vahidinin tətbiqi üçün də tədbirlər həyata keçirir.