İsveç ərazisində nüvə silahı yerləşdirməyəcək
İsveç öz ərazisində nüvə silahı yerləşdirmək niyyətində deyil.
Demedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Ann Linde bildirib.
O, jurnalistlərin ölkə ərazisində NATO-nun hərbi bazalarının yerləşdirilməsinin mümkünlüyü ilə bağlı sualını cavablandırarkən deyib: “Biz öz ərazimizdə heç bir nüvə silahı yerləşdirməyəcəyik”.