İran bu tarixdən peyvəndləməyə başlayır - Namaki



 16:16 07.02.2021     211

Rusiyanın "Sрutnik V" peyvəndinin idxalı sayəsində İranda fevralın 9-dan etibarən vaksinasiya başlayacaq.

Nexber.az xəbər verir ki, bunu İranın səhiyyə naziri Səid Namaki deyib.

Namaki ilk növbədə reanimasiya şöbələrinin işçilərinə üstünlük veriləcəyini və növbəti mərhələdə qalan tibb işçilərinə, qocalar evinin sakinlərinə və 65 yaşdan yuxarı insanlara koronavirus peyvəndinin vurulacağını bildirib.