Çin ordusu Tayvanı mühasirəyə aldı: ABŞ 4 ölkə ilə birgə hərəkətə keçdi
Çin ordusu Tayvan sahillərində irimiqyaslı hərbi təlimlərə başlayıb.
Demedia.az xəbər verir ki, təlimlər zamanı döyüş mərmilərindən istifadə edilir. Məlumata görə, təlimlərin keçirildiyi ərazi Tayvanı tam mühasirəyə alır.
Qeyd edək ki, ABŞ-ın Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ABŞ və Çin arasında gərginlik yaradıb. ABŞ, İndoneziya, Avstraliya və Sinqapur orduları isə Çinə cavab olaraq Sumatra adasında təlimlər keçir.