Dr. Maya Rustamova

Çavuşoğlu BMT-nin Baş katibi ilə Ukraynanı müzakirə edib

 09:12 05.08.2022     153

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Bu barədə Demedia.az Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı Ukraynadan taxıl ixracına dair əldə olunan razılaşma kontekstində son hadisələr müzakirə olunub.