Şimali Koreya Qərbin xəbərdarlığına məhəl qoymadı



 13:33 05.08.2022     610

Şimali Koreya ölkənin şimal-şərqində yerləşən test mərkəzində hazırlıq aparır.

Demedia.az xəbər verir ki, Pxenyanın nüvə silahını test etməyə hazırlaşdığı irəli sürülür. Məlumata görə, ərazidə yeni tunellər qazılır. İri tunelin girişində daha 3 tunel qazılıb. Həmçinin BMT-yə təqdim edilən hesabatda Şimali Koreyanın uranı zənginləşdirməyə davam etdiyi bildirilir.

Qeyd edək ki, Qərb ölkələri Şimali Koreyaya nüvə testi barədə xəbərdarlıq edib. Bildirilib ki, Pxenyan testi həyata keçirsə əlavə qadağalara məruz qalacaq.