Şimali Koreyadan dünya birjasına hücum: Milyonlar belə ələ keçirildi
Şimali Koreya qanunsuz üsullarla birjalardan yüz milyonlarla dollar dəyərində kripovalyuta ələ keçirib.
Demedia.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb. Bildirilir ki, BMT-yə təqdim edilən hesabatda Şimali Koreyanın birjalara müdaxiləsinin detalları yer alıb. Məlumata görə, müdaxilə xaker hücumu ilə həyata keçirilib. Ələ keçirilən kriptovalyutaların dəqiq miqdarı açıqlanmayıb.
Hesabatda həmçinin bildirilir ki, Şimali Koreya BMT-nin qadağalarınnı pozaraq, xarici şirkətlər vasitəsilə məhsullarını dünya bazarlarına çıxara bilir.