Türk ordusundan UĞURLU ƏMƏLİYYAT
Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində müəyyən edilən PKK-nın 4 terrorçusunu zərərsizləşdirib.
Demedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, bu səhər Türkiyə Milli Müdafiə Nazirliyi hərbçisinin eyni bölgədə şəhid olduğunu açıqlanmışdı.
Qeyd edək ki, aprelin 18-də gecə saatlarında Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb. PKK terror qruplaşması üzvlərinin gizləndiyi yerlərin dağıdılmasına hədəflənən bu əməliyyatda havadan kəşfiyyat və zərbə PUA-ları, həmçinin ATAK helikopterləri iştirak edir, qurudan isə xüsusi təyinatlılar hərəkət edir.