Kubada neft anbarında yanğın: 77 nəfər xəsarət aldı



 09:07 07.08.2022     399

Kubanın Matanzas limanındakı tanker bazasında baş verən partlayışlarda xəsarət alanların sayı 77 nəfərə çatıb.

Demedia.az xəbər verir ki, bu barədə yerli mətbuat xəbər verib. Qeyd edilir ki, ölkənin şimalındakı xam neft anbarlarında dəfələrlə partlayışlar qeydə alınıb.

Rəsmilər yanğının ildırım vurması nəticəsində yanacaq anbarlarında baş verdiyini, 77 nəfərin yaralandığını, 18 yanğınsöndürənin itkin düşdüyünü bildiriblər.

Limandakı 8 tankerdən 4-də partlayış qeydə alınıb, yanğın hələ də davam edir.

Səhiyyə naziri Joze Angel Portal mətbuata verdiyi açıqlamada yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu bildirib.

Güclü külək səbəbindən yanğını nəzarət altına almaq hələ mümkün olmayıb, qatı tüstü paytaxt Havanaya qədər uzanıb.

Prezident Migel Dias-Kanel Bermudes və Baş nazir Manuel Marrero Matanzas limanına gedərək yanğınla bağlı məlumat alıb və xəstəxanada müalicə alan yaralılara baş çəkiblər.