Zelenskidən mühüm QƏRAR
Ukrayna Prezidenti Volodimir Zelenski “Ukraynanın müdafiəsinə görə” medalını təsis edib.
Demedia.az xəbər verir ki, bununla bağlı sərəncam dövlət başçısının rəsmi saytında yerləşdirilib.
Sənədə əsasən, medalları "Ukraynanın mühafizəsini təmin etmək üçün zəruri tədbirlərin həyata keçirilməsində bilavasitə iştirak etmiş" hərbi qulluqçulara və kəşfiyyatçılarına veriləcək. Nizamnamədə həmçinin “Ukraynanın müdafiəsinin gücləndirilməsinə mühüm töhfə vermiş” mülki şəxslərə və könüllülərə medalların verilməsi nəzərdə tutulur.