Ukraynada “Bayraktar”ların komplekt hissələrinin istehsalı zavodu tikiləcək
Ukraynada ilin sonunadək “Bayraktar” pilotsuz uçuş aparatlarının komplekt hissələrinin istehsalı üzrə zavodun tikintisinə başlanacaq.
Demedia.az xəbər verir ki, bu barədə “RBC-Ukraine” agentliyinə müsahibəsində Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.
Onun sözlərinə görə, Ukrayna hökuməti artıq zavodun tikintisi ilə bağlı ikitərəfli sazişi təsdiq edib və ratifikasiya olunması üçün parlamentə göndərib. Tikinti üçün torpaq sahəsi ayrılıb.