Polis canlı yayımda vətəndaşı güllələdi - VİDEO
ABŞ-ın Merilənd ştatının Montqomeri dairəsində polis əməkdaşı vətəndaşı güllələyərək qətlə yetirib.
Nexeber.az xəbər verir ki, hadisəni yaxınlıqda avtomobildə olan digər bir şəxs sosial şəbəkədə canlı yayımlayıb.
Məlumata görə, sərxoş vətəndaş polisin xəbərdarlığına məhəl qoymayaraq ona dəyənəklə zərbə endirməyə başlayıb.
Bu səbəbdən polis silahla atəş açaraq onu zərərsizləşdirmək məcburiyyətində qalıb.