Ukraynada Rusiyanın daha bir zabiti zərərsizləşdirildi
Ukraynada Rusiya Silahlı Qüvvələri 90-cı tank diviziyasının hərbçisi, polkovnik-leytenant Vitali Tsikul zərərsizləşdirilib.
Demedia.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin zabiti, polkovnik Anatoli Ştefan tviter səhifəsndə yazıb.
Bildirilib ki, Vitali Tsikul Ukraynada zərərsizləşdirillən Rusiyanın 200-cü zabitidir.
Məlumata görə, bu tank diviziyası Rusiyanın Sverdlovsk və Çelyabinsk vilayələrində yerləşir. 2021-ci ildən diviziyanın komandiri polkovnik Ramil İbatulindir.
Qeyd edək ki, Ukraynada Rusiya Silahlı Qüvvələrinin 10 generalı zərərsizləşdirilib. Avqustun 8-nə olan məlumata əsasən, müharibədə Rusiya Silahlı Qüvvələrinin 42 340 hərbçisi ölüb.