"Əgər valideynlər bu barədə bilsəydilər, onlar TikTok-u məhv edərdilər!"
"Teleperformance" şirkətinin keçmiş işçiləri TikTok-da məzmun moderatorları çalışmış insanlar işlərinin iç üzünü açıqlayıblar.
Demedia.az bildirir ki, Forbes jurnalı ilə söhbətində onlar məşq zamanı uşaqların iştirak etdiyi pornoqrafik materiala baxmaq tələb olunduğundan şikayətləniblər.
Nasser adlı keçmiş moderator bildirib ki, o və bir neçə başqa şəxs xüsusi layihə üzərində işləməyə göndərilib: onlar TikTok-da qadağan olunmuş məzmunu tanımaq üçün süni intellekti öyrətməli olublar. Kişinin dediyinə görə, layihəyə hazırlıq zamanı ona və digər işçilərə senzurasız uşaq pornosu göstərildikdə şoka düşüb.
"Qızım var. Bir dəstə adamın oturub buna baxması (azyaşlılarla pornoqrafik foto və videolar) məncə, düzgün deyil. Hesab edirəm ki, şirkət işçilərin təlimi üçün belə materiallardan istifadə etməməlidir", - Nasser bildirib.
Uitni Terner adlı başqa bir keçmiş "Teleperformance" əməkdaşı moderatorların uşaqlarla açıq-saçıq materiallara baxmağa məcbur edildiyini təsdiqləyib. Qadının qeyd etdiyi kimi, ona və digər işçilərə çılpaq və ya cinsi zorakılığa məruz qalmış uşaqların yüzlərlə şəklini ehtiva edən cədvələ giriş imkanı verilib. Forbes-in məlumatına görə, yüzlərlə insan bu sənədə pulsuz giriş əldə edə bilərdi.
"Fikirləşdim ki, bu, kiminsə oğludur. Bu, kiminsə qızıdır. Onların valideynləri isə bilmirlər ki, bizdə bu foto, bu video, bu travma, bu cinayət var". Əgər onların valideynləri bu barədə bilsəydilər, əminəm ki, onlar TikTok-u məhv edərdilər", - Terner bildirib. O əlavə edib ki, şirkətin təlim metodlarından ABŞ Federal Təhqiqatlar Bürosuna (FTB) şikayət edib. Xidmətin nümayəndələri Forbes-un işi araşdırıb-araşdırmayacağı ilə bağlı sualına cavab verməyiblər.
"Teleperformance"ın "Trust and Security" prezidenti Akaş Puqalia keçmiş işçilərin sözlərini şərh edərkən bildirib ki, şirkət təhsil üçün uşaqlarla pornoqrafik materiallardan istifadə etməyib. Eyni zamanda, o, nə qədər işçinin bu cür materiallara çıxışı olduğu və bütövlükdə şirkətin belə məzmunla necə işləməsi ilə bağlı suallara cavab verməkdən imtina edib.