Hitlerin qol saatı 1,1 milyon dollara satıldı



 17:46 08.08.2022     405

- FOTO

Merilenddəki hərrac evi vaxtilə Adolf Hitlerə məxsus olmuş qol saatını 1,1 milyon dollara satıb.

Demedia.az bizim media-ya istinadən xəbər verir ki,Çesapik-Sitidəki "Alexander Historical Auctions" hərrac evi bu qol saatını "İkinci Dünya müharibəsi dövrünün yadigarı" adlandıraraq eksponata 2-4 milyon dollar qiymət qoyub.

ABŞ mediasından verilən məlumata görə, bu həftə yəhudi təşkilatları və amerikalı ictimaiyyətçilər həmin satışa etiraz edən onun heç bir tarixi dəyərə malik olmadığını bildiriblər.

"Alexander Historical Auctions" hərrac evinin prezidenti Bill Panaqopulos hərracın hərəkətini müdafiə edərək bildirib ki, həmin saatı alan şəxs avropalı yəhudidir.

Saat AH inisialları və svastika ilə bəzədilib. Hərrac evi bildirib ki, 1945-ci il mayın 4-də müttəfiqlərin qoşun hissələri Berxteskadendə Hitlerin iqamətgahına gələrkən bir fransız əsgər həmin saatı hərbi qənimət kimi götürüb.

Nasistlərin lideri 1945-ci il aprelin 30-da Berlində ölüb.