Cənubi Koreyada daşqınlarda 7 nəfər ölüb
Cənubi Koreyanın paytaxtı Seulda daşqın nəticəsində 7 nəfər ölüb, 7 nəfər itkin düşüb.
Dümüdia.az xəbər verir ki, bu, Koreyada son 80 ildə baş vermiş ən güclü daşqındır.
Təbii fəlakət nəticəsində səhər saatlarında metro stansiyalarını su basıb, küçələrin çoxunda hərəkət dayanıb. Həlak olabnlar əsasən zirzəmilərdə yaşayan insanlardır.
Xilasedicilər əhalinin təhlükəsiz ərazilərə təxliyəsinə başlayıb.