Somalidə partlayış : Kəşfiyyat şefi öldürüldü
Somalinin Dusamareb şəhərindən təxminən 30 km uzaqlıqda yol kənarında quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində 14 nəfər ölüb.
Nexeber.az axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Ölənlər arasında Somalinin Qalmuduq rayonunun kəşfiyyat şöbəsinin rəhbəri Əbdürrəşid Abdinur da var.
Terakta görə məsuliyyəti “Əş-Şəbab” terror qruplaşması öz üzərinə götürüb.