Tanınmış diplomat çıxışı zamanı öldü - Video

 10:16 10.08.2022     581

Misirin Qahirə şəhərində Səudiyyə Ərəbistanından olan tanınmış diplomat Məhəmməd əl-Kahtani Ərəb-Afrika konfransında çıxışı zamanı dünyasını dəyişib.

Bu barədə Demedia.az Tahiamasr.com-a istinadən xəbər verir.

Kadrlardan göründüyü kimi, diplomat huşunu itirib və yıxılıb. Həkimlər ona ilkin tibbi yardım göstərməyə cəhd etsələr də, əl-Kahtaninin həyatını xilas etmək mümkün olmayıb.

Onun ölüm səbəbi hələlik məlum deyil.