BMT-dən ciddi xəbərdarlıq



 09:30 12.08.2022     1039

Rusiya və Ukrayna rəsmiləri işğal başlayandan bəri dəfələrlə bir-birini Zaporojjya zavodunu atəşə tutmaqda ittiham edib.

Demedia.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının rəhbəri Ukraynanın cənub-şərqində yerləşən Avropanın ən böyük atom elektrik stansiyası ətrafında bütün hərbi fəaliyyətləri dərhal dayandırmağa çağırıb. Çünki Moskva və Kiyev yenidən atəşə məruz qalmaqda bir-birini günahlandırır.

Ukraynanın Enerqoatom agentliyi bildirib ki, cümə axşamı Zaporojjya kompleksinə beş dəfə, o cümlədən radioaktiv materialların saxlandığı yerin yaxınlığında vurulub.