Putinin alman dostu Bundestaqı məhkəməyə verdi
Almaniyanın keçmiş kansleri Herhard Şröder Bundestaqı məhkəməyə verib.
Demedia.az xəbər verir ki, bu barədə Almaniyanın NTV telekanalı məlumat yayıb.
Qeyd olunur ki, iddiaçı parlamentin may ayında qəbul etdiyi qərarla geri götürülmüş xüsusi hüquqlarının bərpasını, kabinetinin ona qaytarılmasını tələb edib.
İddia Berlinin inzibati məhkəməsində qaldırılıb.
Qeyd edək ki, Herhard Şröderin Rusiya Prezidenti Vladimir Putinlə yaxın dostluq münasibətləri mövcuddur. Şröder bu ilin may ayına kimi Rusiyanın “Rosneft” dövlət şirkətinin Direktorlar Şurasının rəhbəri vəzifəsini tutub.