“Müharibənin coğrafiyası genişlənə bilər” - Rusiya bu ölkələri hədələdi



 17:18 13.08.2022     573

Rusiya Ukraynaya uzaqmənzilli silahların göndərilməsi ilə bağlı növbəti dəfə hədə mesajı verib. Tədarükün davam edəcəyi təqdirdə Rusiyanın müharibənin coğrafiyasını genişləndirəcəyi bildirilib.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya XİN-in Şimali Amerika departamentinin direktoru Aleksandr Darçiyev danışıb.

Rusiya rəsmisinin sözlərinə görə, Qərb ölkələrindən Ukraynaya silah tədarükü davam edəcəyi halda “xüsusi əməliyyat” çərçivəsindəki missiya genişlənə bilər.

“Qərbin Kiyevə kütləvi silah tədarükünün xüsusi hərbi əməliyyatın gedişatına və şərtlərinə təsirlərinə gəlincə, bunu Sergey Lavrov açıq şəkildə bildirib. Ukraynanı uzaqmənzilli silah sistemləri ilə təchiz etmək ona gətirib çıxaracaq ki, xüsusi əməliyyatın coğrafiyası daha da genişlənəcək”, - Darçiyev söyləyib.//Teleqraf.com