İsrail ordusundan şok həmlə - Rus bazasının olduğu şəhərə zərbə endirdi

 12:34 15.08.2022     382

İsrail ordusunun döyüş təyyarələri Suriyanın liman şəhəri Tartusa zərbələr endirib.

Demedia.az xəbər verir ki, sosial şəbəkələrdə yayımlanan görüntülərdə iki raketin səmada süzdüyü görülür.

İsrailin vurduğu Tartusda Rusiyanın hərbi dəniz bazası var.

Hücumdan sonra şəhərdən tüstü qalxıb.

Əsəd rejiminin xəbər agentliyi SANA İsrail hava qüvvələrinin axşam saatlarında Tartus ətrafında Suriya qüvvələrinə aid bəzi nöqtələrə hücum etdiyini iddia edib.

Güclü partlayış səslərinin eşidildiyi bildirilən xəbərdə rejim ordusunun 3 hərbçisinin öldüyü bildirilib.

Tartus və ətrafında İranın dəstəklədiyi terrorçu qruplaşmalara və Hizbullaha, eləcə də rejim ordusuna aid hərbi məntəqələr var.

Hücumla bağlı İsrail rəsmilərindən heç bir açıqlama verilməyib.//Teleqraf.com