Partiyamızın əsas məqsədi budur - Ərdoğan



 20:01 08.02.2021     154

Ədalət və İnkişaf Partiyasının (AKP) əsas məqsədi Türkiyə xalqına xidmət etməkdir. Partiyanın bütün təşkilatları bundan sonra da öz işi ilə insanların rəğbətini qazanacaq və ölkənin xidmətində olacaq.

Nexeber.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Bayburt, Giresun, Niğdə ve Zonquldağ vilayət təşkilatlarının konfransında bildirib.

"AKP son 18 ildə qatıldığı 15 seçkinin hamısında qələbə qazanıb", - Ərdoğan qeyd edib.