Pakistanda neft tankeri ilə avtobus toqquşdu: 20 ÖLÜ

 10:01 16.08.2022     596

Pakistanın Bəhavalpur şəhəri yaxınlığında neft tankeri ilə avtobusun toqquşması nəticəsində 20 nəfər ölüb, 6 nəfər yaralanıb.

Demedia.az xarici  KİV-ə istinadən xəbər verir  ki,  Lahordan Kəraçiyə gedən sərnişin avtobusu Bəhavalpur şəhəri yaxınlığında idarəetməni itirərək neft tankeri ilə toqquşub.

Qəzadan sonra bölgəyə çoxlu yanğınsöndürən və təcili yardım maşınları göndərilib.