Rusiyanın 11 aeroportu bu tarixədək bağlı qalacaq



 13:35 16.08.2022     603

Rusiyanın cənub və mərkəzi hissəsindəki 11 hava limanına tətbiq edilən uçuşların məhdudlaşdırılması rejimi avqustun 23-dək uzadılıb.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Qeyd edək ki, fevral ayından bəri Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşlar müvəqqəti məhdudlaşdırılıb.