Qoz qabığının möcüzəvi faydaları - Tarxidən gələn təbii resept



 18:08 16.08.2022     8705

Qozun faydaları haqqında çox danışmışıq. Bəs, qoz qabığının orqanizmin sağlamlığına təsiri nədən ibarətdir? Bəli, bu videoda qoz qabığının faydalarından və istifadə qaydalarından danışacağam.  Hər nə qədər qozun vətəni Orta Asiya sayılsa da, Avropaya onu yunanlar tanıdıb. 

Hələ qədimdən insanlar qozun faydaları haqqında məlumatlı idilər.  Hərbi həkim olan Dioskorid öz qeydlərində qozun müalicəvi əhəmiyyətindən bəhs edib. Bərk və nataraz olan qoz qabığı sağlamlığa faydaları baxımından heç də qozun ləpəsindən geri qalmır. Onun tərkibində kalium, maqnium, yod, sink, dəmir, proteinlər, alkaloidlər, A, B, C, A vitamini, karbon turşuları, taninlər, liflər, az miqdarda zülal və yağ da var.  Bu zəngin tərkibi sayəsində qoz qabığı min illərdir ki, xalq təbabətinin bir hissəsidir.

Demedia.az qoz qabığından hazırlanan faydalı vasitələri təqdim edir:

  1. Ağız boşluğunun sağlamlığı üçün. Qoz qabığı ağızda pis qoxuya səbəb olan zərərvericiləri məhv edir. Damaqlarda qanaxmanın qarşısını alır, ağız xoralarının-stomatitin sağalmasını sürətləndirir.  Dişlərdə ərp örtüyünün və saralmanın əmələ gəlməsinə mane olur.  Qoz qabığından hazırlanan məhlulu diş fırçasının üstünə tökün və 15 dəqiqə saxlayın. Sonra 3-5 dəqiqə həmin fırça ilə dişlərinizi intensiv şəkildə  fırçalayın.  Yaxşı olar ki, prosesi gün ərzində bir neçə dəfə təkrarlayasınız. Gün keçdikcə dişlərinizin bəyazlaşmasının şahidi olacaqsınız. Qoz qabığından hazırlanan məhlulla ağız boşluğunu yaxalamaq da olar.
  2. Hipertoniya zamanı.  Qoz qabığının tərkibində kumarin var ki, o, heç bir dərmanın köməyi olmadan qan təzyiqinin normallaşmasına kömək edir.  Amma unutmaq olmaz ki, məhlulun hazırlanmasında alkoqollu maddədən istifadə olunur. Buna görə də, istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək yaxşıdır.
  3. Dəri xəstəliklərinin müalicəsində.  Kəsiklər, cızıqlar, həşərat dişləmələri, eqzema kimi dermotoloji problemlər, hətta saç tökülməsi zamanı qoz qabığından hazırlanan məhlul müsbət təsir edir. Dəridəki qızartını və qaşınmanı yox edir,  epidermisin sürətli bərpasını dəstəkləyir. Bunun üçün qoz qabığı külünü bitki yağı ilə qarışdırmaq, yaxud bir neçə damcı balıq yağına qatmaq, alınan vasitəni zədəli nahiyəyə çəkmək, üstündən steril tənzif ilə sarıyaraq 2 saat gözləmək lazımdır.
  4. Ginekoloji və sidik yolları xəstəlikləri zamanı. Bu hallarda məhlul daxilə qəbul edilməlidir.
  5. Trombozun, aterosklerozun profilaktikasında və damarları təmizləmək məqsədilə, həmçinin, şəkərli diabet və soyuqdəymə zamanı istifadəsi. Bu zaman 1 xörək qaşığı məhlulu yarım stəkan suya qatın, gündə 2 dəfə yeməkdən əvvəl için.
  6. Kosmetologiyada istifadəsi. Qoz qabığı məhlulunun köməyilə saçları möhkəmləndirmək mümkündür. Bunun üçün ayda 1-2 dəfə saçları qoz qabığı məhlulu ilə yumaq yetərlidir.  Həmçinin, üyüdülmüş qoz qabığı skrab əleyhinə və antisellüloz  vasitə kimi də istifadə edilir. Bu vasitəni evdə hazırlamaqla yanaşı, hazır şəkildə almaq da olar.

Qoz qabıqlarını yaxşıca yuyun, təmizləyin, kiçik hissələrə bölün. Sonra qəhvəüyüdənlə üyüdün. Üyüdülmüş qoz qabığını üz kremlərinə, duş gelinə, skrab əleyhinə vasitələrə qata bilərsiniz. Yaddan çıxarmayın ki, qoz allergik meyvələrdən sayılır. Odur ki, onunla əlqaədar olan hər hansı vasitədən istifadə etməzdən əvvəl mütləq orqanizmin reaksiyasını həkim nəzarətində yoxlayın. Bunun üçün qoz qabığından hazırlanan məhlulu qolunuzun istənilən  nahiyəsinə çəkin. Əgər 24 saat ərzində nahiyədə qızarma, qaşınma, acışma kimi hallar peyda olarsa,  məhluldan istfadə etməyin.

Bəs, haqqında danışdığım məhlul necə hazırlanır?

Su ilə hazırlanan məhlul:

15 ədəd qoz qabığını 500 ml qaynar suya əlavə edin, vam odda 10 dəq qaynadın.  Məhlul tünd-qəhvəyi rəng alanadək dəmlənməsini gözləyin. Sonra cuna ilə süzün. Unutmayın ki, məhlul təzə-təzə hazırlanıb istifadə edilməlidir.

Araq ilə hazırlanan məhlul:

15 ədəd qoz qabığını şüşə qaba tökün. Üzərinə 50 ml araq, yaxud spirt əlavə edin. Ağzını bərk-bərk bağlayın və qaranlıq yerdə 14 sutka saxlayın. Qəbul etməzdən əvvəl azca soyudun. Gün ərzində 1 xörək qaşığı acqarına qəbul edin. Nəticədə, damarlar təmizlənəcək, şişlərin böyüməsinin  qarşısı alınacaq, qan dövranı yaxşılaşacaq.

Qoz qabığı tozu:

Qoz qabıqlarını sobada qurudun. Sonra qəhvəüyüdəndə üyüdün.

Qoz qabığı külü:

Yaxşı olar ki, qoz qabıqlarını manqalda yandırasınız. Çünki bu zaman o, tərkibindəki faydalı maddələrdən heç nə itirmir. 30 dəqiqədən sonra alovu söndürün. Qoz qabığı külü qarışdırılmış 2 stəkan su zəhərlənmə zamanı orqanizmin təmizlənməsində köməyə çatır. Həmçinin, toksinlərin orqanizmdən atılmasını sürətləndirir.  Sadəcə, bu vasitəni qəbul etməzdən əvvəl, həkimlə məsləhətləşsəniz, yaxşı olar.

Bahadur Seyidov