ABŞ-da xəstəxana yaxınlığında atışma: yaralılar var



 20:06 16.08.2022     480

ABŞ-ın Tennessi ştatının Memfis şəhərində xəstəxana yaxınlığında baş verən atışma nəticəsində 6 nəfər yaralanıb.

Demedia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Polisin məlumatına əsasən, avtomobildə olan naməlum şəxslər atəş açıblar. Eyni zamanda, yaralanan 3 şəxsin saxlanıldığı bildirilib.

Həkimlər yaralananların dördünün vəziyyətinin ağır olduğunu bildiriblər.