Odessaya raket zərbəsi endirilib - İstirahət mərkəzi dağıldı
Ukraynanın Odessa vilayətinə endirilən raket zərbəsindən sonra yanğın olub.
Demedia.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə “Cənub” Əməliyyat Komandanlığından bildirilib.
Qeyd olunub ki, yanğın artıq söndürülüb.
Bildirilib ki, raket zərbəsi nəticəsində 4 mülki şəxs yaralanıb və xəsarət alanlara tibbi yardım göstərilib.
***
Ukraynanın Odessa vilayətinə raket zərbəsi endirilib.
Bu barədə Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Bratçuk məlumat verib.
Onun sözlərinə görə, raket zərbəsi nəticəsində istirahət mərkəzi və bir neçə fərdi yaşayış yeri dağılıb.
Hadisə nəticəsində 3 nəfərin yaralandığı bildirilir.
Qeyd olunub ki, hazırda xilasetmə əməliyyatı davam edir.