Rusiya yeni hücum əməliyyatlarına hazırlaşır: Krımdakı partlayışlara görə
“Rusiya ordusu işğal altındakı Krımda baş verən partlayışlara görə cavab əməliyyatına hazırlaşır”.
Demedia.az UNIAN-a istinadən xəbər verir ki, bunu Xarici Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, general Nikolay Malomuj deyib.
Onun sözlərinə görə, Rusiyanın ehtimal edilən əməliyyatı avqustun 24-də, Ukraynanın Müstəqillik Günündə ola bilər.
“Qarşı tərəf yeni hücum əməliyyatlarına hazırlaşır. Belarus ərazisində çoxlu aviasiya və raket sistemləri cəmləşib. Biz yeni raket zərbələri və genişmiqyaslı hücum əməliyyatları gözləyirik”, - o bildirib.
Generalın sözlərinə görə, artıq yüzlərlə texnika Xerson və Zaporejye istiqamətlərində hərəkət edir.