Yunanıstanda kritik vəziyyət: Hərbçilərə maaş ödənilmir
Şərqi Aralıq dənizində gərginliyi artıran, iqtisadi cəhətdən zəifləməkdə davam edən Yunanıstan hərbçilərinin maaşını ödəyə bilmir.
Nexeber.az axra.az-a istinadən xəbər verir ki, bu barədə Şərqi Makedoniya və Trakya Bölgəsi Hərbi Birliyindən açıqlama verilib.
Sərhəd bölgəsi olan Evrosda yerləşən hərbi hissələrdə çalışan hərbi birlik 6 aydır maaş ala bilmədiklərini, lazım olan addımın atılmalı olduğunu bildiriblər.
Məsələ ilə bağlı hərbi birlik ölkə parlamentinə müraciət edib.