Koronavirus yenidən alovlanır - ÜST-dən müraciət



 14:21 18.08.2022     439

Dünyada COVID-19 virusuna yoluxma halları yenidən artıb.

Demedia.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı da narahatlığını bildirib.

Təşkilatın sədri Tedros Adanom Qebreyesus söyləyib ki, son bir həftədə dünyada COVİD-19 səbindən 15 minə yaxın ölüm baş verib. Bu isə ölümlərin əvvəlki həftə ilə müqayisədə 35 faiz artması deməkdir.

ÜST yenə də insanları özlərini qorumağa, pandemiya dövrünün tələblərinə əməl etməyə çağırıb.