"Ermənistandan cavab gözləyirik" - Rusiya XİN



 21:05 18.08.2022     502

"Biz Ermənistana verdiyimiz nota ilə əlaqədar bu ölkədən cavab gözləyirik".

Demedia.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev News.ru portalının sualını cavablandırarkən deyib.

"Bu gün Rusiyanın müvəqqəti işlər vəkili ilə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərliyi arasında konstruktiv söhbət baş tutub. Biz cavab gözləyirik", - o bildirib.

Xatırladaq ki, Rusiya avqustun 17-də Ermənistana nota verib. Buna səbəb isə “Surmalu” ticarət mərkəzində baş verən partlayışla bağlı Rusiyanın ittiham olunmasıdır.