Təyyarənin hər iki pilotu uçuş zamanı yuxuya getdi



 21:57 19.08.2022     575

Efiopiya Hava Yollarına məxsus təyyarənin yuxuya gedən iki pilotu avtopilot işə düşdükdən sonra həyəcan siqnalı ilə oyandırılıb.

Demedia.az xəbər verir ki,  Xartum-Əddis-Əbəbə reysi ilə uçan “Boeing 737-800” model təyyarənin pilotları yuxuya getdiyi üçün Əddis-Əbəbəyə təxminən 25 dəqiqə gec enməli olublar.

Belə ki, hava dispetçerləri dəfələrlə pilotlarla əlaqə saxlamağa çalışsalar da, əlaqə saxlaya bilməyiblər.Pilotlar avtopilot işə düşən zaman çalan həyəcan siqnalı ilə oyanıblar.

Efiopiya Hava Yollarından verilən açıqlamada ET343 saylı təyyarənin Əddis-Əbəbə Hava Trafik İdarəsi bölməsi ilə əlaqəni müvəqqəti kəsdiyi, lakin daha sonra təhlükəsiz eniş etdiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, araşdırmalar başa çatana qədər aidiyyatı şəxslər işdən kənarlaşdırılıb və araşdırmanın nəticəsinə görə müvafiq tədbir görüləcək.