Türkiyə ordusunun nəzarətindəki bölgəyə ŞİDDƏTLİ hücum: 14 ölü, 37 yaralı var



 18:37 19.08.2022     455

Suriyanın şimalında Türkiyə ordusunun nəzarətində olan Əl-Bab rayonunun mərkəzinə raket zərbəsi endirilib.

Demedia.az Anadolu agentliyinə istinadən xəbər verir ki, hücum zamanı 14 dinc sakin həlak olub. 37 yaralı var. Hücumun hansı qüvvələr tərəfindən təşkil edildiyi məlum deyil.

Qeyd edək ki, “Fərat qalxanı” əməliyyatı nəticəsində Türkiyə ordusu Əl-Bab rayonunu terrorçulardan təmizləyib. PKK terrorçularının Suriyanın şimalında hücumları intensivləşdirib. Türkiyə ordusunun cavabı nəticəsində 20-yə qədər terrorçu məhv edilib.