Zelenski Baydenə hərbi yardıma görə təşəkkür etdi
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Cozef Baydenə ölkəsinə daha 775 milyon dollarlıq hərbi yardım paketi ayırdığına görə təşəkkür edib.
Demedia.az xəbər verir ki, dövlət başçısı bu barədə tviter hesabında yazıb.
"Mən ABŞ-ın daha 775 milyon dollarlıq hərbi yardım paketinin təqdim olunmasını yüksək qiymətləndirirəm. Bu qərara görə Prezident Baydenə təşəkkür edirəm. Təcavüzkarı məğlub etmək üçün daha bir mühüm addım atdıq. Ukrayna azad olacaq!", - Zelenski tviter hesabında yazıb.