Putin Ukraynada onları hakimiyyətə gətirmək istəyib - Plan ifşa edildi
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukraynaya qarşı genişmiqyaslı işğalçı müharibə ərəfəsində Kiyevin tutulması planına uyğun olaraq, iki marionet hökumət qurmuşdu.
Demedia.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti yazıb.
Nəşrin iddiasına görə, keçmiş prezident Viktor Yanukoviç və vətənə xəyanətdə şübhəli bilinən deputat Viktor Medvedçuk bu işdə FSB-yə fəal kömək edib.
Qəzet Medvedçuku “Rusiya lideri Vladimir Putinlə yaxın münasibətlər qurduqdan sonra Ukraynanın əsas rusiyayönlü partiyasının liderlərindən birinə çevrilmiş oliqarx” adlandırır. Nəşrin məlumatına görə, Yanukoviç Kiyevdə hakimiyyətini bərpa etmək üçün martın əvvəlində Belarusda toplaşan qrupa rəhbərlik edib.
Regionlar Partiyasının keçmiş üzvlərinin daxil olduğu ikinci qrup Ukraynanın cənubunun müvəqqəti işğal olunmuş ərazilərində toplaşıb.