Baş nazir açıq görüntülərindən danışdı: Çılğınlıq edirdik - FOTOLAR



 20:15 20.08.2022     485

Finlandiyanın baş naziri Sanna Marin etiraza səbəb olan görüntülərindən danışıb.

Demedia.az xəbər verir ki, o əyləncədə səhv davranış sərgiləmədiyini ifadə edib. Hökumət başçısı narkotik maddə qəbul etmədiyini deyib. “Görüntülərin yayılmasına görə üzüldüm. Rəfiqələrimlə bir gecə keçirdim. Parti etdik. Yetəri qədər çılğın idik, bəli!” - deyə Marin deyib.

Qeyd edək ki, 35 yaşlı nazirin geyindiyi açıq geyimlər, rəfiqələri ilə spirtli içki içərək, rəqs etməsi etiraz yaradıb.