Rusiyalı diplomatın tviti qalmaqala SƏBƏB OLDU



 17:21 21.08.2022     1529

Rusiyalı diplomatın tviti qalmaqala səbəb olub.

Demedia.az xəbər verir ki, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanovun paylaşımı başın bəla olub. O, Volodimir Zelenskinin hərbi yardıma görə Co Baydenə minnətdarlıq sözlərinə cavab olaraq “Ukrayna əhalisinə rəhm edilməyəcək!” sözlərini yazıb.

Bir neçə dəqiqə sonra tvit silinib və Ulyanov buna görə üzr istəyib. O, guya başqa şey nəzərdə tutduğunu bildirib.

“Mən üzr istəməliyəm. Kiminlə iş gördüyümü unutdum. Təbii ki, mən silah tədarükü ilə ABŞ-ı və hələ dünən hər hansı sülh danışıqlarını istisna etdiyini bildirən Ukrayna Prezidentini nəzərdə tuturdum. Doğrudan da, Ukrayna əhalisinə onların tərəfindən heç bir mərhəmət yoxdur”, – deyə o, öz hərəkətini “qabalıq” adlandırıb.

O, həmçinin əlavə edib ki, sevdiyi qohumların çoxu ukraynalıdır.

Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak rusiyalı diplomatın sözlərinə reaksiya verərək bunları soyqırıma çağırış adlandırıb. Ali Radanın sədri Ruslan Stefançuk Ulyanovu Rusiyaya deportasiya etməyə və persona non qrata kimi tanınmağa çağırıb.