BMT baş katibi Türkiyəyə təşəkkür etdi
Taxıl sazişi çərçivəsində paket anlaşmanın digər hissəsi də sanksiyalardan kənar Rusiya ərzaq və gübrələrinin qlobal bazarlara maneəsiz çıxışıdır. Onların dünya bazarlarına çıxmadığı halda bir müddət sonra ərzaq böhranı baş verə bilər.
Demedia.az-ın verdiyi xəbərə görə, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş İstanbulda Birgə Koordinasiya Mərkəzində keçirilən mətbuat konfransı zamanı deyib.
O, Türkiyəyə taxıl koridorunun reallaşmasında oynadığı roluna görə təşəkkür edib, mərkəzin işində BMT-nin daimi dəstəyinin olacağını vurğulayıb./APA